Bahar şərqisi | Yaz şeiri

 

Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.

           ***

Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar.

           ***

Cücərib boy atdılar,
Aləmə naz satdılar.
Artdı suların səsi,
Sevindirdi hər kəsi.

Bahar şərqisi şeiri

Müəllif: Səməd Vurğun

Bahar şərqisi yaz seiri

 

0 şərh